EN

Bakıda qanunsuz ağac kəsiminə görə 4 nəfər saxlanılıb

Bakıda

Bakının Nəsimi rayonu, S.Əsgərova və Pişəvari küçələrində ağac kəsilməsi faktı üzrə istintaq araşdırmaları aparılır.

Daxili İşlər Nazilyinin Mətbuat Xidmətindən 1news.az-a bildirilib ki, həmin əməlləri törətməkdə şübhəli olan 4 nəfər saxlanılıb.

Nəsimi Rayon Polis İdarəsində ağac kəsilməsinin səbəbləri və digər iştirakçıların olub-olmaması müəyyənləşdirilir.

Chosen
11
15
1news.az

10Sources