EN

Merz və Orban arasında gərginlik “Bloomberg” detalları açıqladı

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Almaniya kansleri Fridrix Merz və Macarıstan Baş naziri Viktor Orban arasında gərginlik yaşanıb

Almaniya kansleri Kopenhagendə keçirilən sammitdə Orbanı kəskin tənqid edərək, ittifaqın təhlükəsizlik ehtiyacları ilə bağlı müzakirələrin pozulmasında onu günahlandırıb. 

Bu barədə "Bloomberg" məlumat yayıb.

Məlumata görə, mübahisə Avropa İttifaqının Rusiyadan gələn təhdidlərdən necə daha yaxşı müdafiə olunması və Ukraynaya dəstəyin artırılması məsələsinin müzakirəsi zamanı baş verib.

"Bloomberg" xatırladır ki, bu, Orbanın ittifaq daxilində yaratdığı narazılığın son nümunəsidir. O, dəfələrlə veto hüququndan istifadə edərək Rusiyaya qarşı sanksiyaları əngəlləyib və Ukraynanın Aİ-yə üzvlüyünə qarşı çıxıb.

Öz növbəsində Orban hökumətyönlü mətbuatda sammiti “gərgin, amma xüsusilə maraqlı” adlandırıb.

Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen isə görüşdən sonra bildirib ki, son dövrlərdə pilotsuz uçuş aparatları (PUA) ilə bağlı təhlükələr Avropadan “güclü və qətiyyətli reaksiya” tələb edir:“Avropanın hər bir vətəndaşı və hər bir qarış torpağı təhlükəsiz olmalıdır”.

Komissiyanın “dron divarı” inşa etmək təklifi müzakirələr zamanı soyuq qarşılanıb. Danimarkanın Baş naziri Mette Frederiksen qeyd edib:“İstənilən imkanlara sahib olsaq belə, dronlar yenə də Avropaya daxil olacaq”.

Bununla yanaşı, Frederiksen ümumi konsepsiyanı dəstəklədiyini bildirib:“Biz dron texnologiyasına, dronlara qarşı müdafiəyə, eləcə də yeni texnologiyalar və innovasiyalara daha çox sərmayə qoymalıyıq”.

İtaliya və İspaniya nümayəndələri də Avropa Komissiyasının müdafiə planlarının bütün qitənin özünü qorumasına və Aİ-nin şərq cinahını gücləndirməsinə yardım edəcəyini vurğulayıblar. İtaliyanın Baş naziri Corcia Meloni xəbərdarlıq edib ki, əks halda Aİ-nin müdafiəsi effektiv olmayacaq.

Avropa Şurasının sədri Antoniu Koxta da bildirib:“Avropanın sərhədləri yalnız bütün sərhədlər qorunarsa, qoruna bilər”.

Qeyd olunur ki, oktyabrın 2-də Aİ liderlərinə digər Avropa ölkələrinin rəhbərləri, o cümlədən Ukrayna da qoşulacaq və qitənin hərbi ehtiyacları müzakirə olunacaq.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
17
azpolitika.info

1Sources