EN

Politico: AB G7 ölkələri ABŞ-a Rusiyanın aktivlərini müsadirə etməsi üçün təzyiq göstərir

Almaniya, Fransa və İtaliya Ukraynaya yardım məqsədilə Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsi üçün G7-nin razılığını almaq üçün Yaponiya və ABŞ-a təzyiq edir...

Poliqon xəbər verir ki, bu barədə Avropanın “Politico” nəşri mənbələrə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Avropa Mərkəzi Bankı (AMB) Kiyevə “təzminat krediti” vermək üçün Rusiyanın aktivlərinin müsadirə edilməsinin avroya olan inamı sarsıda biləcəyindən ehtiyat edir. Lakin ABŞ və Yaponiya bu plana qoşulsa, avroya təzyiq azalacaq. Qeyd olunur ki, Vaşinqton və Tokio belə bir təklifə ehtiyatla yanaşır.

Avropa İttifaqı, Kanada, ABŞ və Yaponiya xüsusi hərbi əməliyyatın başlamasından sonra Rusiyanın təxminən 300 milyard dollarlıq aktivlərini dondurub. Bunun təqribən 5-6 milyard dolları ABŞ-da, böyük hissəsi isə Avropada, o cümlədən 210 milyard dollarının saxlanıldığı Belçikadakı beynəlxalq Euroclear platformasındadır.

Poliqon.info

Chosen
37
poliqon.info

1Sources