EN

Kolumbiya prezidenti Trampın “Qəzza planı”nı pisləyib

Kolumbiya

Kolumbiya prezidenti Qustavo Petro ABŞ prezidenti Donald Trampın Qəzza zolağında atəşkəs planını tənqid edib.

Reyting.az
xəbər verir ki, Kolumbiya lideri “X” sosial media platformasında Trampın Qəzza zolağında atəşkəs planı haqqında yazı paylaşıb.

“Trampın sülh təklifi məni bir anlıq sevindirdi. Düşündüm ki, o, Qəzza xalqının yemək yeməsini təmin etməkdən başlayıb, amma belə deyil. Bu, insanların aclıqdan öldüyü bir sülh planıdır. İsrail beynəlxalq sularda həyatı müdafiə edən gənc isveçli qadın Qrethanı və onun dostlarını həbs edir. Bununla belə, onların yeganə məqsədi əhaliyə yemək çatdırmaq idi. Netanyahu burada qlobal miqyasda ikili standart nümayiş etdirir və bu sülh planının saxta olduğu ortaya çıxdı”,- Kolumbiya prezidenti iddia edib.

Qeyd edək ki, sentyabrın 29-da Ağ ev ABŞ prezidenti Trampın 20 bəndlik “Qəzza münaqişəsinə son qoyulması üçün hərtərəfli plan” təklifini açıqlayıb.

Tramp Ağ evdə İsrailin baş naziri Binyamin Netanyahu ilə keçirdiyi birgə mətbuat konfransında planın bütün tərəflərdən qəbul ediləcəyi təqdirdə müharibənin dərhal sona çatacağını, İsrailin Qəzzanı mərhələli şəkildə tərk edəcəyini, Qəzzada HƏMAS-ın rolundan məhrum olan yeni proses başlayacağını və bütün məhbusların azad ediləcəyini bildirib.

ELÇİN
Chosen
1
1
reyting.az

2Sources