EN

Xalqın müdrik seçimi

BAKI, 2 oktyabr. TELEQRAF

Azərbaycanın müstəqillik tarixində ölkəmizin və xalqımızın taleyi baxımından mühüm önəm daşıyan bir sıra hadisələr baş verib. Bunların sırasında Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə qayıtması və həmin il oktyabrın 3-də Prezident seçilməsi müstəsna əhəmiyyətə malikdir. Bu qayıdış respublikamız üçün bir qurtuluş məqamı idi.

Teleqraf xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev söyləyib.

Deputat həmin tarixi dönəmə ekskursiya edərək bildirib ki, müstəqilliyimizin ilk illərində Azərbaycan çox ağır vəziyyətlə üzləşmişdi. 1992-ci ilin yazında qeyri-legitim yolla hakimiyyətə gələn AXC-“Müsavat” iqtidarının həyata keçirdiyi səriştəsiz, diletant siyasət bütün sahələrdə ölkəni çətin duruma salmışdı. Gənc respublikada ictimai-siyasi sabitlik pozulmuşdu, iqtisadiyyat iflic vəziyyətə düşmüşdü, iş yerləri bağlanmışdı, insanlar hətta gündəlik zəruri tələbat mallarını əldə etməkdə belə çətinlik çəkirdilər. Eyni zamanda, ölkədəki xaosdan istifadə edən Ermənistan təcəvüzkarlıq siyasətini genişləndirərək Azərbaycanın bölgələrini bir-birinin ardınca zəbt edirdi. İnsanların sabahkı günə ümidləri qalmamışdı və XX yüzillikdə ikinci dəfə qazandığımız müstəqilliyin itirilməsi tam real idi. “Belə bir vəziyyətdə xalq sınanmış Lideri, o dövrdə Naxçıvanda yaşayıb çalışanHeydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyinə qayıtmasını təkid etdi. Vətənini çox sevən Heydər Əliyev ölkənin üzləşdiyi çətin durumda xalqının istəyinə qarşı çıxa bilməzdi və çıxmadı da. O, həmin təlatümlü dövrdə hakimiyyətə gəlməyin bütün çətinliklərini və məsuliyyətini göz önünə alaraq xalqın istəyinə razılıq verdi. Ulu Öndər 1993-cü iliyunun 9-da Bakıya gəldi və 13 iyunda parlamentdə çıxış etdi, Gəncəyə gedib oradakı vəziyyətlə tanış oldu, 15 iyunda isə Azərbaycan Ali Sovetinin Sədri seçildi”, - deyə Samir Vəliyev vurğulayıb.

Heydər Əliyev 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilib və oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içib. Heydər Əliyevhəmçinin 1998-ci il oktyabrın 11-də baş tutan prezident seçkilərində də xalqın mütləq əksəriyyətinin etimadını qazanmağa nail olub.

Samir Vəliyev bildirib ki, Azərbaycanın siyasi rəhbərliyinə qayıdan Ulu Öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində Azərbaycanda hadisələr müsbət məcraya yönəlib, ölkənin parçalanması təhlükəsi aradan qalxıb, qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyulub. “Uzun illərin dövlət idarəçiliyi təcrübəsinə malik olan Ulu Öndər müstəqilliyimizi qorumaqla, vətəndaş həmrəyliyini təmin etməklə yanaşı, ölkədə iqtisadi inkişaf üçün münbit zəmin formalaşdırdı, beynəlxalq səviyyədə Azərbaycana münasibətdə zədələnmiş etimadı bərpa etdi. Beləliklə də, xarici investorlarda ölkəmizdə sərmayələrinin qorunacağına inam yarandı. Ulu Öndərin müstəsna səyləri sayəsində 1994 -cü il sentyabrın 20-də transmilli şirkətlərlə “Əsrin müqaviləsi”nin imzalanması iləölkəmizdə davamlı inkişafın əsası qoyuldu”, - deyə Samir Vəliyev vurğulayıb.
Deputat əlavə edib ki, siyasətdə varisliyin təmin edilməsi hər bir ölkə üçün çox mühüm məsələdir. Beynəlxalq təcrübədən də bəlli olduğu kimi, siyasi kursun tez-tez dəyişməsi əksər hallarda arzuolunmaz nəticələrə gətirib çıxarır. Bu cəhətdən Azərbaycanda fərqli nümunə izlənilir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin varisliyinin 2004-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirlməsi Azərbaycanı zirvələrə yüksəldib. Ölkəmizdə 2004-cü ildə baş tutan prezident seçkilərində seçicilərin böyük əksəriyyətinin Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan İlham Əliyevə etimad göstərməsi bir tərəfdən Onun özünün cəmiyyətdə qazandığı böyük nüfuzun təsdiqi idisə, digər tərəfdən də Ulu Öndərin siyasətinə inamın ifadəsi idi. 1993-cü ilin yayında təkidlə Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyinə qayıtmasına nail olan Azərbaycan xalqı bu dəfə də müdrik seçim etmişdi. Prezident İlham Əliyev bu etimadı ən yüksək səviyyədə doğruldur. Onun ardıcıllıqla həyata keçirdiyi müdrik siyasət sayəsində Azərbaycan iqtisadi müstəqilliyə və bu əsasda siyasi müstəqilliyə nail olub. Güclü dövlətə çevrilən Azərbaycan öz gücünə ərazi bütövlüyünü və suverenliyini tam təmin edib ki, bu da ən böyük uğurumuzdur. Postmüharibə dövründə isə ölkənin ən mühüm prioritetlərindən biri kimi, işğaldan azad olunmuş ərazilərin bərpası, torpaqlarımızın minalardan təmizlənməsi və Böyük Qayıdış proqramını reallaşdırmaq müəyyənləşdirilib. Hazırda ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə bu məqsədlərə doğru inamla irəliləyir.

Chosen
7
7
teleqraf.com

8Sources