EN

Türkiyə polisi narkotik alveri şübhəsilə 189 nəfəri saxlayıb

ain.az bildirir, Reyting.az saytına əsaslanaraq.

Türkiyənin İstanbul şəhəri başda olmaqla 8 vilayətdə eyni vaxtda keçirilən əməliyyatlarda 189 narkotik satıcısı saxlanılıb. Reyting.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Daxili işlər naziri Ali Yerlikaya məlumat verib. Ə. Yerlikaya sosial mediada verdiyi açıqlamada İstanbulun mərkəzi olan 8 vilayətdə narkotik satıcılarına qarşı eyni vaxtda əməliyyat keçirildiyini açıqlayıb. Onun sözlərinə görə, İstanbul prokurorluğunun koordinasiya etdiyi əməliyyatda Narkotiklərlə Mübarizə İdarəsi və İstanbul Polis İdarəsi qrupları texniki və fiziki müşahidə vasitəsilə şübhəli şəxsləri izləyib, cinayət əməlləri müəyyən edilib. Daha sonra İstanbul, Diyarbəkir, Kocaeli, Ağrı, Kırıkkale, Samsun, Siirt və Tekirdağda eyni vaxtda əməliyyat keçirilib. Əməliyyatlar zamanı ümumilikdə 189 şübhəli saxlanılıb. Onlardan 171-i həbs edilib, 18-i barəsində məhkəmə nəzarəti tədbiri seçilib.“Əməliyyatlarımızda əsas hədəfimiz küçələrdə narkotik satanlar idi. Bütün mübarizəmiz vətəndaşlarımızı, xüsusilə gənclərimizi insanlığa qarşı cinayət olan narkotiklərdən qorumaqdır”,- nazir bəyan edib.V. QULİYEV

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
2
1
reyting.az

2Sources