EN

Bəşər Əsədə qarşı sui-qəsd

Hazırda Moskvada olan Suriyanın keçmiş prezidenti Bəşər Əsədi zəhərləməyə cəhd olub. “Bakuinfo” xəbər verir ki, bu barədə məlumatı Suriyanın İnsan Haqları Müşahidə Qrupuna istinadən “Sky News Arabia” yayıb.  Bildirilib ki, B.Əsəd sentyabrın 29-da xəstəxanadan evə buraxılıb və vəziyyəti hazırda stabildir.  Məlumata görə, bu müddət ərzində xəstəxanada onu ziyarət etməyə yalnız qardaşı Maher və Prezident İşləri üzrə keçmiş baş katib Mənsur Azzama icazə verilib.  Qrupun mənbəsinin sözlərinə görə, B.Əsədin zəhərlənməsinə dair əməliyyatı həyata keçirən şəxslər bununla Rusiyanı pis vəziyyətdə qoymağa, eləcə də ölkəni onu zərərsizləşdirməkdə ittiham etmək istəyib. Hadisə ilə bağlı digər detallar açıqlanmayıb. Qeyd edək ki, B.Əsəd 2000-ci ildən 2024-cü ilə qədər Suriya prezidenti olub. O, ötən ilin dekabrında dövlət başçısı postunu və ölkəni tərk edib, ailəsi ilə birgə Rusiyadan sığınacaq istəyib. Bu ilin yanvar ayında da B.Əsədin Rusiyada zəhərlənməsinə dair mediada iddialar yayılmışdı. (Qafqazinfo)

Chosen
13
2
bakuinfo.net

3Sources