EN

“Qarabağ”ın Çempionlar Liqasındakı növbəti rəqibi: hər iki oyunu uduzub

ain.az, Modern.az saytına istinadən bildirir.

UEFA Çempionlar Liqasının Liqa mərhələsində uğurla çıxış edən Azərbaycanın “Qarabağ” klubu tarix yazır.Komandamız iki oyunda iki qələbə qazanmaqla Avropanın nəhəg klubları ilə başabaş gedir: turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.Hazırda turnir cədvəlində 6 komandanın 6 xalı var: “Bayer – Münhen” (Almaniya), “Real – Madrid” (İspaniya), PSJ (Fransa), “İnter” (İtaliya), “Arsenal” (İngiltərə), “Qarabağ” (Azərbaycan).Modern.az-ın məlumatına görə, “Qarabağ” klubu növbəti oyununu oktyabrın 22-də səfərdə keçirəcək. Belə ki, komandamız İspaniyanın əyalət klubunun “Atletik –Bilbao”nun qonağı olacaq.

Qeyd edək ki, “Atletik –Bilbao” klubu hazırda turnir cədvəlində sondan üçüncü – 34-cü yerdə qərarlaşıb. Komanda Çempionlar Liqasında keçirdiyi hər iki oyunda uduzub.İspanlar evdə “Arsenal”a 0:2, səfərdə isə "Borussiya – Dortmund”a 1:4 hesabı ilə məğlub olublar. Buna da görə, istisna deyil ki, Bilbao şəhərinin klubu “Qarabağ”la oyuna yalnız qələbə üçün çıxacaqlar.Amma oyundan-oyuna özünəinamı möhkəmlədən Azərbaycan təmsilçisinin də asan təslim olacağı inandırcı deyil. Portuqaliyada “Benfika”nı 3:2, Bakıda isə “Kopenhagen”i 2:0 hesabı ilə məğlub etməyi bacarmış “Qarabağ” niyə İspaniyadan da xalla qayıtmasın... Bu, 3 xal da ola bilər, 1 də...“Qarabağ” : “Atletik-Bilbao” matçı da Bakı vaxtı ilə 20:45-də başlayacaq.A.Qorxmaz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
11
1
modern.az

2Sources