EN

ABŞ-də iki təyyarə toqquşub

Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinin La-Quardia hava limanında insident yaşanıb. Belə ki, eniş-qalxış zolağında iki təyyarə toqquşub.

7News.Az bu barədə ABŞ KİV-ə istinadən xəbər verir.

Təyyarələrin yüngül toqquşması nəticəsində itki olmasa da, bir nəfərin xəsarət aldığı deyilir.

Qəza edən hər iki hava gəmisi "Delta Air Lines” hava yolları şirkətinə məxsusdur. Məlumata görə, təyyarənin birinin qanad hissəsi, ikincinin burun hissəsi ilə toqquşub.

Faktla bağlı araşdırma aparılır.

 

Chosen
8
2
7news.az

3Sources