Bakı.Trend:
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəddəstəsinin xidməti ərazisində İran İslam RespublikasındanAzərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulmasıhalının qarşısı alınıb.
Trend xəbərverir ki, Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin birgəkeçirdiyi sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsindəxidməti ərazidən ümumi çəkisi 15 kiloqram 200 qram narkotik vasitəmarixuana və 1490 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkarolunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.