EN

BDYPİ sürücülərə XƏBƏRDARLIQ ETDİ

Payız-qış fəslində köhnə və aşınmış şinlərin istifadəsi ciddi təhlükə yaradır.

Vətəninfo.az  xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yaydığı müraciətdə qeyd olunub.

Bildirilib ki, uzaq səfərlər zamanı şinlərdəki nasazlıqlar daha tez üzə çıxır ki, bu da normativ tələblərin pozulmasına, hətta şinlərin partlamasına səbəb ola bilir:

“Qanunvericiliyə əsasən, avtomobil şinlərinin protektorundakı naxışların hündürlüyü normaya uyğun olmadıqda, şinlərin kord hissəsi çılpaqlaşdıqda, karkas təbəqələri ayrıldıqda, protektor və yan hissələrdə qopmalar və ya zədələr olduqda, yaxud eyni ox üzrə fərqli naxışlı şinlərdən istifadə edildikdə həmin nəqliyyat vasitəsinin istismarına yol verilməməli, nasazlıqlar mütləq aradan qaldırılmalıdır”

Vurğulanıb ki, bəzən də zahirən “yeni” görünən şinlər istifadə müddətinin bitməsi və ya düzgün saxlanılmaması səbəbindən yararsız olur ki, buda onların istifadəsi zamanı ağır fəsadlara gətirib çıxara bilər:

“BDYPİ sürücülərə və nəqliyyat vasitələrinin sahiblərinə müraciət edərək bildirir ki, istənilən hava şəraitində yarana biləcək çətinlikləri təhlükəsiz dəf etmək üçün sadalanan tövsiyələr daim diqqət mərkəzində saxlanılmalıdır. Unutmayaq ki, mənzil başına rahat və təhlükəsiz çatmaq üçün avtomobil şinlərinin saz və mövsümə uyğun vəziyyətdə olması vacib şərtdir”.

Chosen
9
28
veteninfo.az

10Sources