EN

“2020 ci ildə biz bunu anlamırdıq” Paşinyan bu təşkilatı Ermənistan üçün təhlükə hesab edir

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“2022-ci ildə KTMT-nin bizimlə bağlı öhdəliklərini yerinə yetirmədiyini və yetirməyəcəyini anlayanda müstəqil olduq, çünki özümüzə güvənməli olduğumuzu anladıq”. 

“AzPolitika” xəbər verir ki, bunu parlamentdəki çıxışında Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

"Biz anladıq ki, keçmiş hakimiyyət orqanları tərəfindən qurulan guya təhlükəsizlik sistemi bir köpükmüş. Bu(KTMT nəzərdə tutulur-red.), sadəcə olaraq, dövlətimizin reallığa çevrilməsinin qarşısını alan bir alət idi. Biz 2020-ci ildə bunların hamısını başa düşmürdük”, - Paşinyan deyib.

Beləliklə, Paşinyan növbəti dəfə Moskvanın dominantlıq etdiyi KTMT hərbi strukturunun yararsızlığını dilə gətirib. Ən əsası isə bu təşkilata üzvlüyün Ermənistanın müstəqil dövlət kimi mövcudluğuna təhlükə olduğunu ifadə edib.

“AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
7
1
azpolitika.info

2Sources