EN

Emmanuel Addainin qolu namizədlər arasında

sport24.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Qarabağ"ın futbolçusu Emmanuel Addainin qolu UEFA Çempionlar Liqasında həftənin ən yaxşısı adına namizəddir. Sport24.az xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytı məlumat yayıb.

24 yaşlı hücumçu Bakıda Danimarka təmsilçisi "Kopenhagen"ə qalib gəldikləri 2-ci turun matçında fərqlənib. Forvard ağdamlıların ikinci qoluna imza atıb.

Addaidən başqa, İngiltərənin "Mançester Siti" klubundan Erlinq Haland, "Monako"dan Cordan Teze, PSV-dən İsmael Saibari də namizəddir.

Qeyd edək ki, ötən gün "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda "Kopenhagen"i iki cavabsız qolla üstələyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
23
1
sport24.az

7Sources