Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin 7-ci Sammitindən paylaşım edib.“Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin Zirvə toplantısındakı ilk nitqində prezident İlham Əliyevi və Baş nazir Nikol Paşinyanı tarixi sülhün əldə olunması münasibətilə təbrik edib”, - Hacıyev sosial şəbəkədə yazıb.