EN

Zəngəzur müəmması: Paşinyanın yeni ritorikasının səbəbi bilindi

ain.az, GlobalInfo saytına istinadən bildirir.

“Rusiyanın Ermənistandakı səfiri bəyan etdi ki, rus hərbi bazası 2044-cü ilədək Ermənistanda qalacaq və İranla sərhədin təhlükəsizliyinə nəzarətə davam edəcək. O qeyd edib ki, Rusiyanın Qafqazdan sıxışdırılıb çıxarılması mümkün deyil”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Şəhla Cəlizadə deyib.

Ekspert bildirib ki, Paşinyan Ermənistanı Qərbə yaxınlaşdırmağa, avrointeqrasiya xəttində görünməyə çalışsa da, Rusiyadan asılılığı sonlandırması indiki halda mümkün deyil:

“Bu sözlər həm də Zəngəzur dəhlizində keçid sisteminin Rusiya təsirindən kənarda formalaşdırılmasına dair xarici dairələrin istəklərinə yönəlmiş mesaj idi. Odur ki, Rusiyanın təsiri Ermənistan siyasi elitasında, hətta ən Qərbpərəst hökumətində belə daim bu və ya digər formada hiss ediləcək.

Paşinyan 9 May Qələbə paradında iştirak etməklə Rusiyaya sədaqət mövqeyini göstərdi, daha sonra 24 iyulda Altay sammitindən qayıdanda da Zəngəzur dəhlizi mövzusunda ikibaşlı açıqlama verdi. Odur ki, Paşinyanın Qlobal Atom Forumunda iştirakdan, Rusiyaya ilə AES-in yenilənməsi ilə bağlı yeni razılaşmalar əldə etdikdən sonra İrəvanın Kremlə yaxınlaşması, həmçinin dəhlizlə bağlı ritorikanı sərtləşdirməsi təəccüblü deyil”.

Turan Rzayev

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
25
1
globalinfo.az

2Sources