EN

Qarğdalı qutularında gizlədilmiş dronlar ələ keçdi –Rusiya 3 Avropa dövlətində təxribat planlaşdırıbmış

Rusiya qarğıdalı qutularında gizlədilmiş dron və partlayıcılardan istifadə edərək Polşa, Litva və Almaniyada təxribat əməliyyatları planlaşdırıb.

AzPost bildirir ki, bu barədə “Gazeta Wyborcza” yazır.

Qəzet mənbələrə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları qəbiristanlıqdan konservləri qazıb Lodz yaxınlığında təyin olunmuş yerə qoymalı olan rus agenti Vladislav G.-ni saxlayıblar.

Oxşar qarğıdalı qutuları Litvada qəbiristanlıqda da tapılıb.

Bundan başqa, hüquq-mühafizə orqanlarının məlumatına görə, saxlanılan şəxs Litva, Polşa və Almaniya arasında dron komponentləri və SİM kartları daşıyıb.

AzPost.az

Chosen
85
1
azpost.info

2Sources