EN

“Məlhəm” Hospitalda SKANDAL Bioloq doğum həkimi işləyir…

Tribuna saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Məlhəm” hospitalında yeni doğulmuş körpənin ciddi beyin və sinir zədələnməsi ilə doğulmasına səbəb olan həkim Pərvin Xəlilovanın Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin məzunu olduğu məlum olub.

Tribunainfo.az xəbər verir ki, bu barədə doğuş zamanı övladı ciddi travma alan Gülənay Məmmədovanın qardaşı yazar Ulucay Akif yazıb. O bildirib ki, biologiya fakültəsinin məzunu “Məlhəm” hospitalında doğuş həkimi kimi çalışırmır:

“Bacımın doğuşunu gerçəkləşdirən Pərvin Xəlilova Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin məzunu imiş. Biologiya fakültəsinin məzunu necə həkim kimi fəaliyyət göstərir? Xəstəxana rəhbərliyi necə belə işə yol verir?

İnsanların taleyi ilə necə belə oynaya bilirlər?

TƏBİB-lə danışırsan, deyir, ora biz baxmırıq.

Səhiyyə Nazirliyi deyir, bizlik deyil.

Kimə deyək? Azəriqaza? Ya Azərişıqa?

Ölkədə hamı iş görməmək üçün əlləşir elə bil. Hamı məsuliyyəti kiminsə boynuna atmaqla məşğuldur.

Araşdırılsın bu məsələ.

Necə olur ki, bilogiya fakültəsinin məzunu doğuş gerçəkləşdirir və belə bir hadisə baş verir?”.

Nigar İxtiyarqızı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
21
3
tribunainfo.az

4Sources