EN

Azərbaycanda qarğıdalı idxalı 2025-ci ilin ilk 8 ayında 42% azalıb

2025-ci ilin səkkiz ayında Azərbaycana 36 974 ton qarğıdalı idxal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 42% azalma deməkdir. Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib. 

İdxalın ümumi statistik dəyəri 14,1 milyon ABŞ dolları təşkil edib.

2024-cü ilin ilk səkkiz ayı ərzində ölkəyə 63 780 ton qarğıdalı idxal olunmuşdu və bunun dəyəri 19,6 milyon ABŞ dolları idi. Beləliklə, idxal dəyərində də 28,2% azalma qeydə alınıb.

2025-ci ilin ilk səkkiz ayında qarğıdalı idxalının ümumi idxala nisbəti cəmi 0,09% təşkil edib. Müqayisə üçün, bu göstərici 2024-cü ilin eyni dövründə 0,15% idi.


Qarğıdalı Azərbaycanda əsas yem məhsullarından biri olmaqla, xüsusilə heyvandarlıq sektorunda geniş istifadə olunur. Hökumət son illərdə kənd təsərrüfatı məhsullarının yerli istehsalını artırmaq məqsədilə subsidiya və təşviq mexanizmləri tətbiq edir. Bunun qarğıdalı idxalına da təsir göstərdiyi ehtimal olunur.

Gülnar 

Chosen
16
anews.az

1Sources