Kopenhagen şəhərində keçirilən "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısı çərçivəsində Albaniyanın Baş naziri Edi Rama ABŞ Prezidenti Donald Trampın Ermənistan - Azərbaycan sülhü haqda danışarkən səhvən Albaniya - Azərbaycan deməsi barədə Fransa Prezidenti Emmanuel Makronla zarafatlaşıb.
"Cebheinfo.az" xəbər verir ki, Albaniyanın Baş naziri Trampın səhvən "Albaniya və Azərbaycan arasında münaqişə" dediyini nəzərə alaraq Makrona zarafatla deyib:
"Siz Azərbaycan və Albaniyanı da təbrik etməlisiniz".
"Cebheinfo.az"