EN

Sabah Gürcüstanda iş olmayacaq

Tbilisi, 2 oktyabr, AZƏRTAC

Gürcüstan hökumətinin qərarı ilə oktyabrın 3-ü ölkədə istirahət günü elan olunub.

AZƏRTAC xəbər verir ki, müvafiq fərmana əsasən, sabah inzibati orqanlarda çalışan işçilər üçün istirahət günüdür.

Qeyd edək ki, oktyabrın 4-də Gürcüstanda yerli seçkilər keçiriləcək. Üçgünlük istirahətdən sonra ölkədə oktyabrın 6-sı rəsmi iş günü olacaq.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Chosen
38
5
azertag.az

6Sources