EN

Maqnit qasırğası ardıcıl üç gündür Yer kürəsini öz məngənəsində saxlayır

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ardıcıl üç gündür Yer kürəsində maqnit qasırğası davam edir.

Oxu.Az Qazeta.ru-ya istinadla xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyasının alimləri bildiriblər.

Onların məlumatına görə, sentyabrın 30-da səhər saatlarında başlayan qasırğa arada fasilə olmaqla, 50 saatdan artıq davam edir, orta və güclü səviyyələr (G1-G3) arasında dəyişir.

Qasırğanın cövlan etməsinin səbəbi Günəş küləyinin sürətinin son dərəcə yüksək - saatda təqribən 700-800 kilometr təşkil etməsi, bəzən isə saatda 900 kilometrə çatması ilə bağlıdır ki, bu da normadan 2-3 dəfə artıqdır. Mütəxəssislərə görə, bu rejimə yüksək alışma fəallığı və Yer kürəsinin gecə saatlarında keçdiyi çox böyük koronal çuxurun təsiri şərait yaradır.

Alimlər qeyd ediblər ki, Günəşdə alışmalar hələlik daha güclü X-sinfindən təhlükəsiz olan M-sinfini ötməyib. Proqnozlara görə, Günəşdə güclü tullantılar olmasa, geomaqnit vəziyyətin sabitləşməsinin əlamətləri 1-2 gün ərzində müşahidə edilə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
9
2
oxu.az

3Sources