Kopenhagen şəhərində keçirilən “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısı çərçivəsində Albaniyanın Baş naziri Edi Rama ABŞ Prezidenti Donald Trampın Ermənistan-Azərbaycan sülh prosesi haqqında danışarkən səhvən Albaniya-Azərbaycan deməsi barədə Fransa Prezidenti Emmanuel Makronla zarafatlaşıb.
Editor.az “Report”a istinadla xəbər verir ki, Edi Rama Trampın səhvən “Albaniya və Azərbaycan arasında münaqişə” dediyini nəzərə alaraq, Makrona zarafatla söyləyib:
“Siz Azərbaycan və Albaniyanı da təbrik etməlisiniz”.