EN

Bəşər Əsədi Moskvada zəhərləməyə cəhd edilib

Suriya sabiq prezidenti Bəşər Əsədin zəhərləndiyi və vəziyyətinin sabit olduğu bildirilib. Bu barədə Syrian Observatory for Human Rights (SOHR) mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Əsəd sentyabrın 29-da Moskvə kənarındakı xəstəxanadan müalicə aldığı yerdən evə buraxılıb.

Mənbənin sözlərinə görə, onun klinikada olduğu müddətdə yalnız qardaşı Maher Əsəd və keçmiş prezident işləri üzrə baş katib Mənsur Əzzam onu ziyarət edə bilib.

Həmin şəxsin bildirdiyinə görə, hücumun məqsədi “Rusiya rəhbərliyini çətin vəziyyətə salmaq və keçmiş Suriya liderinin qətlində onu ittiham etmək” olub.

N.Təbrizli

Chosen
28
anews.az

1Sources