EN

İsraillə Sumud Flotillası arasında qarşıdurma yaranıb

Xalqcebhesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Fələstinlilərə yardım aparan və İsrailin yürütdüyü siyasətə qarşı etiraz edən dövlətlərin insan haqları təşkilatlarının və cəmiyyətlərinin üzvləri Sumud Flotillası adı altında Qəzzaya çoxlu sayda iri və xırda tutumlu gəmilərlə Qəzza sahillərindən 80 mil kənarda İsrail tərəfindən durdurulub.

ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov xalqcebhesi.az-a deyib ki, hərəkat adını ərəbcə "qərarlılıq" ya da "dayanıqlılıq" anlamına gələn Sumud kəliməsindən almışdır:

"Hərəkat Temmuz 2025-ci ildə, Qəzza müharibəsi sırasında Azadlıq donanması Koalisyası, Qəzzaya Beynəlxalq Hərəkat və Qərbi Sumud Donanması kimi quruluşlar tərəfındən təşkil edilərək ortaya çıxdı. İsrailin donanmaya etdiyi yardımı çatdırması şərtilə onlara verilməsi, ya geri dönülməsi, ya da güc tətbiq edilə biləcəyi ilə əlaqəli təklifləri hələlik cavabsız qalıb. Onların təbii ki, geri dönməsi mümkün görünmür.

Amma hesab edirəm ki, bu hərəkatın Nobel sülh mükafatı öncəsi təşkil edilməsi bu təşkilatların da Nobel sülh mükafatına sahib olmaq istəyindən irəli gəlir. Məsələ ondadır ki, son illər Nobel sülh mükafatı konkret insanlara deyil bir sıra təşkilatlara verilib. Məsələn, "Kimyəvi silahların qadağan olunması təşkilatı", " Nüvə silahının ləğv edilməsi üzrə beynəlxalq kampaniya", " Vətəndaş azadlığı mərkəzi" kimi.

Göründüyü qədərilə oktyabrın əvvəllərində bu kampaniyada iştirak edənlər Nobel sülh mükafatına layiq görülmək üçün namizəd olmaq istəyirlər. Səsvermə isə dekabr ayının 10-da Alfred Nobelin ölüm günü verilir. Odur ki, bu müddətlərdə Qəzza yaxınlarında dayanan bu təşkilatların hələ bir müddət orda şou göstərməsi lazımdır. Əks halda, əgər məqsəd yardıma ehtiyacı olan fələstinlilərə yardım etməkdirsə, gətirilən bu yardımın kimin verməsinin əhəmiyyəti yoxdur".

Cavid

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
18
1
icma.az

2Sources