EN

Azərbaycanlı biznesmen haqda yayılan iddialara cavab

RİV Holding-in İdarə Heyətinin sədri Cavid İbrahimov Enver yerli mediada haqqında çıxan xəbərlərə aydınlıq gətirib.

Uzun illərdir zərgərlik, turizm, qida və kosmetika sahələrində fəaliyyət göstərən azərbaycanlı sahibkar bildirib ki, əsassız iddiaların arxasında təxribatçı motivlər dayanır. O, RİV Holding-in İdarə Heyətinin sədri kimi şirkətin beynəlxalq genişlənməsinə və strateji investisiyalarına rəhbərlik edir.

RİV Holding-in mətbuat xidmətindən saytımıza bildirilib ki, Cavid İbrahimovun biznes fəaliyyəti yeni deyil, o, 2016-cı ilin əvvəllərindən sahibkarlıqla məşğuldur.

“Bəzi media orqanlarında son bir ildə mülkiyyət və brendlər əldə etməyimə dair iddialar yanlışdır: real olaraq, brendlər və aktivlər on ildən artıq dövrdə formalaşıb. RİV Company inkişaf edərək RİV Holding-ə çevrilmişdir; holdinq Türkiyə ilə yanaşı London, Dubay və Cenevrədə də fəaliyyət göstərir.

Əsas layihələrimiz Tiffany & Co. ilə əməkdaşlıq (Zorlu AVM), Collection Point (Parlak Mücevherat) — Zorlu və Emaar filialları (90 türk dizayneri), Skyfall Travel, Tommi Brasserie (Tommi Food & Hospitality), Collection Jewelry (Beymen), Stephen Webster Türkiyə eksklüziv distribütorluğu, MASC Cosmetics (Ankara; 5,000 m²; aylıq 2M ədəd istehsal gücü).

Məqsədimiz ictimaiyyəti doğru məlumatlandırmaq və əsassız iddiaların arxasındakı təxribatçı motivləri ortaya qoymaqdır. Onların məqsədi illərlə qurulan nüfuza, beynəlxalq tərəfdaşlıqlara və investisiya layihələrinə zərbə vurmaq, reputasiyamızı sistemli şəkildə zəiflətməkdir. Şirkətimiz on ildən artıqdır ki, iş həyatında dürüstlük və şəffaflıq prinsipləri ilə hərəkət edib.

Chosen
23
8
publika.az

9Sources