EN

“Qarabağ” iki oyuna fantastik məbləğ əldə edib – ÇL-dakı uğurlu çıxış kluba bu qədər qazandırıb

Ötən gecə “Qarabağ” futbol klubu Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda Danimarka çempionu “Kopenhagen”-i doğma meydanda 2:0 hesabı ilə məğlub edib.

Ulusal.az xəbər verir ki, bu qələbə “Qarabağ”a UEFA-dan 2,1 milyon avro qazanc gətirib.

Xatırladaq ki, Azərbaycan çempionu ilk turda Portuqaliyanın nəhəngi “Benfika”nı da məğlub edərək eyni məbləği – 2,1 milyon avro əldə etmişdi.

Beləliklə, iki turdan sonra “Qarabağ”ın ümumi gəliri artıq 4,2 milyon avro (8 milyon 383 min manat) təşkil edir.

Qeyd edək ki, növbəti oyunda Qurban Qurbanovun komandası səfərdə İspaniyanın güclü təmsilçisi “Atletik Bilbao” ilə qarşılaşacaq.

Chosen
16
2
moderator.az

3Sources