EN

"Kayzerslautern"in baş məşqçisi ilə Mahir Emreli haqda anlaşılmazlıq: Onun heyətdə olmaq istədiyini hiss etmədim

Almaniya mətbuatı "Kayzerslautern"in azərbaycanlı hücumçusu Mahir Emrelinin oyunlar zamanı heyətə düşə bilməməsindən yazıb. 

Sportal.az xəbər verir ki, “Bild” nəşri onunla baş məşqçi Torsten Liberknext arasında münaqişə yarandığını iddia edib:

"Liberknexht mövsümə heç də yaxşı başlamadıqdan sonra inamlı liderlik nümayiş etdirdi. Ardıcıl üç qələbə “Kayzerslautern”i ikinci Bundesliqada lider “Darmştadt”dan cəmi bir xal geri qalaraq dördüncü yerə yüksəldib. Bununla belə, “Kayzerslautern” rəhbərliyində hələ də ciddi diqqət tələb edən məsələlər var. Liberknextin kadr qərarı gələcəkdə gərginlik mənbəyinə çevrilə bilər.

Ardıcıl üçüncü dəfədir ki, komandanın yeni transferi 28 yaşlı Mahir Emreli heyətdən kənar qaldı. Hətta “Proyssen” üzərindəki (4:1) inamlı qələbədə belə lazım olmadı. Liberknext bunu belə izah edib: "Mən həmişə nəticələri mükafatlandırmaq istəyirəm. Mahirin həqiqətən də heyətdə olmaq istədiyini hiss etmədim. Komanda hazırda dinamik yığıb. Bəzən arxa plana keçərək, şansınızı gözləmək lazım gəlir.

Başqa sözlə, azərbaycanlı hücumçu məşq zamanı məşqçisinə heç bir inam vermir ki, o, komandada yer uğrunda mübarizə aparmağa hazırdır. Məsələ burasındadır ki, keçmiş klubu “Nürnberq”də də vaxtaşırı başqaları ilə mübahisə edən və komanda daxilində təcrid olunmuş kimi görünən Emreli sosial mediada birmənalı olmayan paylaşımlarla buna reaksiya verir.

O, “Proyssen” üzərində qələbədən sonra instaqramda isveçli ulduz Zlatan İbrahimoviçin videosunu maraqlı ifadə ilə yerləşdirib: "Bəzi insanlar sənin haqqında pis, bəziləri sənin haqqında yaxşı sözlər deyir. Amma sənin haqqında pis söz deyirlərsə, bu, yaxşı iş görürsən deməkdir". O, öz fotolarını da yerləşdirib: "Bir şeydən başqa bir şey deyil".

Onun “Qröyter” üzərində 3:0 hesablı qələbədən sonra belindəki problemlərdən sağaldıqdan sonra hələ də heyətə daxil edilməməsi də mübahisəli idi. Almaniya nəşri xəbər verir ki, Emreli komanda yoldaşlarının azarkeşləri ilə çəkdirdiyi fotoya: “bu qələbə münasibətilə futbolçuları təbrik edirəm” şərhini yazıb".

Qeyd edək ki, Mahir Emrelinin “Kayzerslautern”lə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, Almaniya klubu ilə bu yay müqavilə imzalayıb.

 

saytlarin hazirlanmasi

Chosen
4
2
sportal.az

3Sources