ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bak-Qazax magistral avtomobil yolunun Ucar rayonundan keçən hissəsində sərnişin daşıyan “Vito” markalı mikroavtobus yanıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə vaxtı avtomobilin içərisində sərnişinlər olub və onlar maşından dərhal düşürülüb.
Xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.
Hadisə ilə bağlı araşdırma başlanılıb.
İlkin məlumata görə, avtomobil Gədəbəydən Bakıya sərnişin daşıyırmış.
Yunis Quliyev
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.