EN

Reanimasiyada yatan xalq artistinin son durumu

Ramiz Quliyev 10 günə yaxındır reanimasiyadadır. İndi həkimlər çalışır ki, bir neçə gün ərzində onun şüurunu bərpa etsinlər. Ona sakitləşdirici dərmanlar verirlər deyə, daha çox yuxu vəziyyətində olur. Ünsiyyətə girə bilmirik.

Bu sözləri onun oğlu, əməkdar artist Əyyub Quliyev Kult.az-a açıqlamasında deyib.

“Vəziyyəti ağır stabil olaraq qalır. Həkimlərlə hər saat əlaqədəyəm. Analizin nəticələri yaxşıya doğru gedir. Böyrək kreatinin 4 səviyyəsindədir. İlkin dializ edən şəxslər üçün normaldır. Ağciyərdə infeksiyon problemlər var idi, bu göstəricilər də düzəlmək üzrədir.

Həkimlərin nəzarəti altındadır. Bir neçə gün öncə ilə müqayisə etsək, nəticələr daha yaxşıdır. Lakin hələ ki, evə qayıtmaq məsələsi aktual deyil”, - Əyyub Quliyev bildirib.

Chosen
10
3
axar.az

4Sources