EN

Pərviz Şahbazov: BTC ilə nəql olunan qazax neftinin həcmi 3,3 mln. tona çatıb

Banco.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"2023-cü ildən bu günədək Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəməri vasitəsilə 3 milyon 383 min ton qazax nefti nəql olunub".

Bunu energetika naziri Pərviz Şahbazov “Qazaxıstan Enerji Həftəsi” çərçivəsində SOCAR prezidenti ilə birlikdə Qazaxıstanın energetika naziri Erlan Akkenjenovla görüşdə bildirib.

Görüşdə karbohidrogen və yaşıl enerji sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub. Bununla yanaşı, Qazaxıstan neftinin Azərbaycan ərazisindən tranzitinin artırılması, SOCAR və KazMunayGaz arasında birgə layihələr üzrə əməkdaşlıq imkanları və “Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi”nin icra vəziyyəti də nəzərdən keçirilib.

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
15
4
banco.az

8Sources