EN

Oktyabrın 3-nə hava proqnozu açıqlanıb

Azərbaycanda oktyabrın 3-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Doğru.az-a verilən məlumata görə, oktyabrın 3-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-17, gündüz 19-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 765 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-75, gündüz 50-55 faiz təşkil edəcək.

Rayonlarda əsasən yağmursuz hava proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə çiskin və arabir duman ola bilər. Şərq küləyi əsəcək. Temperatur gecə 13-16, gündüz 19-24, dağlarda gecə 4-8, gündüz 10-15 dərəcə isti olacaq.

DOĞRU.AZ

Chosen
42
49
dogru.az

10Sources