EN

“Paşinyana qarşı informasiya savaşı artıq başlayıb” - Politoloq

“Paşinyana qarşı informasiya savaşı artıq başlayıb”.

Politoloq Mehman İsmayılov News365.az-a açıqlamasında bildirib ki, Ermənistanın daxili və xarici mətbuat orqanları, xüsusilə Rusiyada fəaliyyət göstərən erməni siyasətçilər və media qurumları Baş nazir Nikol Paşinyana qarşı ciddi təzyiqlər göstərirlər.

Onun sözlərinə görə, bu informasiya hücumları həm Ermənistan daxilində, həm də xaricində güclü şəkildə aparılır və əsas məqsəd 2026-cı ildə keçiriləcək parlament seçkilərinə hazırlıqdır:

“Paşinyana qarşı müxalifət düşərgəsində bir neçə arqument mövcuddur. Birincisi, dövlət atributlarından Ararat dağının (Ağrı dağı) rəsminin çıxarılması, ikincisi, Türkiyə ilə münasibətlərin normallaşdırılması fonunda 1915-ci il uydurma ‘soyqırımı’ ilə bağlı ritorikadan imtina edilə biləcəyi ehtimalı. Üçüncü məsələ isə Paşinyanın irəli sürdüyü ‘Dördüncü Ermənistan Respublikası’ və ‘Real Ermənistan’ nəzəriyyəsidir. Digər bir mühüm məqam isə Azərbaycanla münasibətlərin tənzimlənməsi və Zəngəzur dəhlizinin açılmasıdır”, – deyə politoloq vurğulayıb.

Mehman İsmayılov əlavə edib ki, Paşinyan öz çıxışlarında müxalifəti “demokratiyanın düşmənləri” adlandırır və onların “Böyük Ermənistan xülyası” ilə xalqı yeni müharibələrə sürüklədiyini bildirir:
“Əslində, tərəflərin arqumentləri ideoloji baxımdan bir-birinə tamamilə ziddir və bu, Ermənistan daxilində gərginliyi daha da artırır”.

Chosen
7
news365.az

1Sources