EN

Antonio Koşta Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı təbrik edib

Kopenhagen.Trend:

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta əldə edilmişsülh münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı təbrik edib.

Trend-inKopenhagenə ezam olunmuş müxbiri xəbər verir ki, Antonio Koşta bubarədə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısınıniclasında danışıb.

“Mən Azərbaycanın Prezidenti və Ermənistanın Baş nazirini təbriketmək istəyirəm. Düşünürəm ki, Sizin əldə etdiyiniz sülh, Avropamızüçün əhəmiyyətli andır. Bu onu göstərir ki, sülh qurmaq mümkündürvə sülh naminə üzərimizə düşəni yerinə yetirməliyik”, - deyə Koştabildirib.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron da AzərbaycanPrezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanıtəbrik edib.

Chosen
23
7
az.trend.az

8Sources