EN

Türkiyəli yutuber “Qarabağ”a görə TRT ni tənqid etdi Video

Qafqazinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Türkiyəli tanınmış yutuber Onur Naci Öztürkler ölkəsinin bəzi kanallarının futbol şərhçilərini “Qarabağ”ın oyunlarını zəif şərh etməklə bağlı tənqid edib.

“Qafqazinfo” xəbər verir ki, Öztürkler bu barədə instaqram hesabının hekayə bölümündə paylaşım edib.

O, TRT kanalının şərhçilərinə “Qarabağ”ın bir müddət əvvəl “Benfica”, dünən isə “Kopenhagen” klubu ilə oyundakı şərhlərinə görə tənqidlərini bildirib: “Azərbaycanda Türkiyənin “Galatasaray”, “Beşiktaş” kimi komandalarının oyunları yayımlandıqda şərhçilər bizim komandaya qol vurulduqda üzülərək danışırlar. Rəqib komanda hücuma keçdikdə isə oyunu daha sakit tonla şərh edirlər. Bizim komandalar qol vurduqda isə özləri qol vurmuş kimi sevinirlər”.

Yutuberin sözlərinə görə, “Qarabağ”-“Benfica” oyununda Azərbaycan təmsilçisinin qapısına qol vurulduqda, şərhçi qolu həyəcanlanaraq sevinclə elan edib. Öztürkler bildirib ki, “Kopenhagen”lə oyunda isə türkiyəli şərhçilər Danimarka komandasının hücuma keçməsini coşqu ilə elan edirlər. 

O, ölkəsinin futbol spikerlərini Azərbaycan kanallarında Türkiyə komandalarının şərh edilməsi tərzinə diqqət etməyə, hər iki ölkə nümayəndələrinin münasibətlərini müqayisə etməyə çağırıb.

“Bu, hörmətsizlikdir. “Qarabağ” hansı ölkənin komandasıdır? Çempionlar Liqasında onsuz da dəstəkləyəcəyiniz cəmi iki komanda var. Biri “Qarabağ”, biri də “Galatasaray”, - yutuber vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
32
6
qafqazinfo.az

6Sources