EN

Cinayətkar separatçılar niyə AİHM üçün "əsir"dir? – ÖZƏL

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı növbəti qərarı ilə Bakının siyasi dairələrində ciddi narazılıq doğurub. Məhkəmə Azərbaycanda qanunsuz silahlı dəstələrin fəaliyyətinə görə istintaqı aparılan 23 erməni separatçını "əsir" adlandıraraq Azərbaycan hökumətindən onların saxlanma şəraiti barədə məlumat tələb edib.
Bu tələb rəsmi Bakının sərt reaksiyasına səbəb olur. Çünki Azərbaycan tərəfi həmin şəxslərin sadə "dinc sakin" və ya "hərbi əsir" yox, birbaşa qanunsuz silahlı dəstələrin rəhbərləri və ya üzvləri olduğunu, yəni cinayət təqibi altında olduqlarını bildirir.
Məsələnin diqqət çəkən tərəfi odur ki, bu şəxslərin saxlanma şəraiti barədə narahatlıqlar əsassız görünür. Azərbaycanın Ombudsman Aparatı və Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) dəfələrlə onların saxlanıldığı yerləri yoxlayıb və heç bir pis rəftar və ya qeyri-insani münasibət aşkarlamadığını təsdiqləyib.

Mövzu ilə bağlı siyasi şərhçi Taleh Əliyev Olaylar.az-a danışıb. Siyasi şərhçi bildirib ki, təəssüf ki, yalnız Avropa qitəsində deyil, bütün dünyada "məhkəmə ədalətinin zirvəsi" hesab olunan Avropa İnsan Haqları Məhkəməsinin bəzi hallarda qanunun aliliyinə deyil, insan hüquqlarına əsaslanmaq əvəzinə, müəyyən şablon yanaşmalardan və siyasi standartlardan çıxış etdiyini görürük. Bugün isə biz şahid oluruq ki, azərbaycanlı günahsız insanların qanına əl bulaşdıran, Azərbaycanın təbii sərvətlərini talayan, mədəniyyətini məhv edən, təbiətinə qarşı ekosid cinayətləri törədən qondarma rejimin cinayətkar nümayəndələri "əsir" kimi təqdim edilir və onların hüquqlarının müdafiəsi ilə bağlı  Avropa İnsan Haqları Məhkəməsinin açıqlamaları verilir.

Siyasi şərhçinin fikrincə, Azərbaycan tərəfinin bu məsələdə ata biləcəyi bir neçə addım var. Amma ən təsirli vasitələrdən biri məhz Avropa Məhkəməsinin hakimlərini həmin cinayətkarların məhkəmə prosesinə dəvət etmək ola bilər. Onları, şahidlərin ifadələrini birbaşa dinləməyə, cinayətlərin gedişini izləməyə imkan yaratmaq lazımdır. Bu prosesin gedişini video görüntülərlə ya canlı yayım, ya da sonradan dünya mediasında paylaşmaqla  Azərbaycan tərəfi öz məhkəmə işinin tam ədalətli olduğunu bütün dünyaya sübut edə bilər.
Ola bilsin ki, həmin prosesdə iştirak edən Avropa Məhkəməsinin hakimlərinin özləri də təmsil olunduqları qurumun bu cür qərarlarına etiraz edərək hadisələrə daha obyektiv qiymət verilməsinə çalışacaqlar.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
12
olaylar.az

1Sources