EN

TRT, heç nəyə sayğınız yoxdursa, Qarabağın yaşadıqlarına olsun Video

Axsham.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Türkiyəli yutuber Onur Naci Öztürkler TRT kanalının futbol şərhçilərini “Qarabağ”ın oyunlarını zəif şərh etməkdə qınayıb.

Axşam.az xəbər verir ki, bu barədə o sosial media hesabında paylaşım edib.

Öztürkler vurğulayıb ki, TRT-nin şərhçiləri “Qarabağ”ın bir müddət əvvəl “Benfica”, ötən gün isə “Kopenhagen” klubu ilə oyunda komandanın qollarını yox, qarşı tərəfin həmlələrini həyəcanla şərh ediblər:

“Azərbaycanda Türkiyənin “Galatasaray”, “Beşiktaş” kimi komandalarının oyunları yayımlandıqda şərhçilər bizim komandaya qol vurulduqda üzülərək danışırlar. Rəqib komanda hücuma keçdikdə isə oyunu daha sakit tonla şərh edirlər. Bizim komandalar qol vurduqda isə özləri qol vurmuş kimi sevinirlər”.

Yutuberin sözlərinə görə, “Qarabağ” - “Benfica” oyununda Azərbaycan təmsilçisinin qapısına qol vurulduqda, şərhçi bunu böyük sevinclə diqtə edib. “Kopenhagen”lə oyunda isə türkiyəli şərhçilər Danimarka komandasının hücuma keçməsini coşqu ilə qarşılayıblar.

O, Azərbaycan kanallarında Türkiyə komandalarının vurduğu qolların böyük həyəcanla şərh edildiyi halda ölkəsində tam əksinə münasibət bəslənilməsini tənqid edib:

“Bu, hörmətsizlikdir. “Qarabağ” hansı ölkənin komandasıdır? Çempionlar Liqasında onsuz da dəstəkləyəcəyiniz cəmi iki komanda var. Biri “Qarabağ”, biri də “Qalatasaray”.

O, son olaraq paylaşımında "TRT, heç nəyə sayğınız yoxdursa, Qarabağın yaşadıqlarına olsun" deyə, yazıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Axsam_magazin (@axsam_magazin)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
16
axsam.az

1Sources