EN

Şuşada partlayıcı tələ aşkarlandı - FOTO


Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat verir ki, Şuşa rayonu Kiçik Qaladərəsi kəndi ərazisində evlərin təmizlənməsi əməliyyatı zamanı partlayıcı tələ qurğusu aşkarlanıb.

ANAMA-dan bildirilib ki, evin damında sütuna və damın giriş qapısına tələ məftili vasitəsilə quraşdırılmış döyüş vəziyyətinə gətirilən iki ədəd F-1 əl qumbaraları aşkarlanıb.

Aşkar edilən tələ qurğunu ANAMA əməkdaşları zərərsizləşdirərək, ərazinin təhlükəsizliyi təmin ediblər.

ZÜMRÜD

Chosen
20
40
baki-xeber.com

10Sources