EN

Ağdamda ev yanıb, nənə və nəvə xəsarət alıb - Yenilənib

Oktyabrın 2-də saat 00:20 radələrində Ağdam rayonunda baş verən yanğın səbəbilə 2 nəfər (qadın cinsli) Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub...

Bu barədə Poliqon-a TƏBİB-dən məlumat verilib.

Məlumata görə, 1965-ci il və 2013-cü il təvəllüdlü şəxslərə üzün, əllərin, hər iki yuxarı və aşağı ətrafın I və II dərəcəli termiki yanığı diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri orta ağır qiymətləndirilən şəxslər Nərimanov Tibb Mərkəzinin nəzdindəki Respublika Yanıq Mərkəzinə təxliyə olunub.

Qeyd edək ki, xəsarət alanlar 1965-ci il təvəllüdlü Zibeydə İsmayılova və onun nəvəsi 2013-cü il təvəllüdlü Nəzrin İsmayılovadır.

***

Ağdam rayonunun Quzanlı qəsəbəsində ümumi sahəsi 90 m² olan birmərtəbəli, 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları 45 m² sahədə yanıb.

Poliqon Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Poliqon.info

Chosen
4
5
poliqon.info

6Sources