EN

Mançesterdə hücum oldu - Sammiti yarıda tərk etdi

Böyük Britaniyanın Mançester şəhərində naməlum şəxs sinaqoq yaxınlığında insanlara hücum edib. 

Gundem.az “The Guardian”a istinadən xəbər verir ki, həmin şəxs ilk olaraq avtomobilini izdihamın üzərinə sürüb, daha sonradan bıçaqla ətrafdakı insanlara hücum edib. Hadisə zamanı 4 nəfər yaralanıb. 

Polis insidenti törədən şəxsə atəş açıb və onun zərərsizləşdirildiyi ehtimal edilir. 

Böyük Britaniya rəhbərliyi hadisəni terror aktı olaraq qiymətləndirib. 

“Sky News”un məlumatına görə isə ölkənin Baş naziri Kir Starmer insidentə görə Kopenhagendə keçirilən “Avropa Siyasi Birliyi”nin sammitini vaxtından əvvəl tərk edib və Britaniyaya qayıdır. 

O, məsələ ilə bağlı hökumətin təcili iclasını keçirəcək.

Chosen
20
1
gundem.az

2Sources