EN

AİHM və Azərbaycanda separatçı məhkəməsi: haqq-ədalət yox, siyasi mövqe?- ÖZƏL

Avropa İnsan Hüquqları Məhkəməsi  Azərbaycanda istintaqı aparılan 23 erməni separatçını "əsir" adlandırıb və hökumətdən onların saxlanma şəraiti barədə məlumat istəyib. Halbuki onlar dinc sakin yox, qanunsuz silahlı dəstələrin rəhbərləridir. Ombudsman və BQXK dəfələrlə onların vəziyyətini yoxlayıb, heç bir pis rəftar aşkarlanmayıb.
Azərbaycan cəmiyyətində haqlı suallar yaranır: Xocalı soyqırımı, işğal və raket hücumları zamanı AİHM niyə susurdu?
AİHM-in bu addımı hansı siyasi məqsədlərə xidmət edir? Azərbaycan bu qərəzli yanaşmaya qarşı beynəlxalq müstəvidə necə cavab verməlidir?
Mövzu ilə bağlı politoloq Elşad Həsənov Olaylar.az-a açıqlama verib: 
" Ermənistan hakimiyyəti müxtəlif kanallarla Azərbaycanda olan həbs canilərini qurtarmaq istəyir. Bununla bağlı bir çox işlərə əl atırlar. O cümlədən hətta bunların azad olması üçün Trampa da müraciət etdilər. Ancaq halbuki bunlar dinc əhaliyə qarşı ciddi qətllər, yanğınlar, qətliamlar törədiblər.Artıq məhkəmədə sübut olunur ki, bu adamların hər biri  canilərdir. Onlar Azərbaycan qanunları ilə mühakimə olunmalıdırlar. Artıq məhkəmə bitmək üzrədir. Yaxın zamanda hər birinə hökm veriləcək. Ancaq belə bir məqamda Avropa İnsan Hüquqları Məhkəməsinin   Azərbaycanda məhkəməsi gedən  erməni separatçılarını " əsir" adlandırması gülünc doğurur. Sözün həqiqi mənasında bu, bir xristian həmrəyliyidir, anti-türk, anti-Azərbaycan həmrəyliyidir. Azərbaycanlara qarşı onların illərdir apardığı siyasət bu gün də özünü göstərir. Hesab edirəm ki, biz bütün bunlara layiqli cavab verəcəyik. Məhkəmənin obyektiv qərarı elan olunacaq. Onlar cinayət məsuliyyətinə cəlb olunacaqlar və layiqli cəzalarını alacaqlar. Onlar belə bildirirlər ki, "Biz gedəcəyik, Bakıda çay içəcəyik." Həqiqətən də elə oldu. İndi Dövlət Təhlükəsizlik  Xidmətinin altıncı mərtəbəsində yerləşən təcridxanalarında çay içirlər və müstəntiqə ifadələr verirlər. Hakim qarşısına çıxarılıb,  şahidlərin ifadələri ilə mühakimə olunurlar. Bəli, budur, reallıq budur. Ancaq Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanda gedən bu məhkəmə işinə qarışması təəccüb doğurur. Digər tərəfdən isə biz bunlara artıq alışmışıq. Ona görə də biz Avropa İttifaqının parlamentində artıq iştirak etmirik.  Məlumdur ki, Avropa İttifaqının bəzi ölkələri ilə əlaqələrimiz var. Avropa İttifaqının 10 ölkəsindən biz qaz ixrac edirik, neft ixrac edirik. İkitərəfli strateji əlaqələrimiz var. Ancaq  Avropa İttifaqından bizim müəyyən barışmayan nöqtəlırimiz  var. Ona görə də biz onların dediklərini qəbul etmirik. Onların- Avropa İnsan Hüquqları Məhkəməsinin sözləri də bizə heç bir əhəmiyyət kəsb etmir. Hesab edirəm ki, Azərbaycan öz doğru yolunda, həqiqi yolunda işini davam etdirməlidir və canilər mühakimə olunmalıdır. Yaxın zamanda məhkəmə ədalətli qərar çıxardacaq və onlar hamısı layiqli cəzalarını alacaqlar. Ancaq siyasi rəhbərliyin qərarından bu və digər cinayətkərlər azad ola bilər və ya dəyişdirilə bilər. Bu, başqa məsələdir. Ancaq məhkəmə gedir və hesab edirəm ki, öz adil qərarını verəcək və həmin cinayətkərlər layiqli cəzalarını alacaqlar". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
28
olaylar.az

1Sources