EN

Rusiyadan qadağandır deyildi, gözlər Bakıya çevrildi Yeni kampaniya

ain.az bildirir, GlobalInfo portalına istinadən.

G7 ölkələri Rusiyanın müharibə aparmaq imkanlarını zəiflətmək məqsədilə sanksiyaları əhəmiyyətli dərəcədə gücləndirməyə hazırlaşır. Yeni sanksiyalar əsasən neft və enerji ixracı, hərbi sənaye və maliyyə sektorunu əhatə edəcək. Eyni zamanda, bu sanksiyalar Rusiyaya yardım göstərən üçüncü ölkə və təşkilatlara da şamil olunacaq.

Avropa İttifaqı isə Rusiyanın maye qaz (LNG) ixracını 2027-ci ilə qədər qadağan etməyi və əlavə məhdudiyyətlər tətbiq etməyi planlaşdırır.

Bu proses Azərbaycan neft və qazına tələbatı artıra bilərmi? Bu, ölkəmizə hansı həcmdə fayda verər?

Globalinfo.az-a danışan politoloq Ramiyə Məmmədova deyib ki, Rusiya-Ukrayna müharibəsi daha da genişlənməkdədir:

“ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə görüşündən nəticə çıxmaması, paralel olaraq müharibənin miqyasının artması Qərbi çarəsiz vəziyyətdə qoyur. Trampın səylərinə baxmayaraq, Moskva tələblərindən geri çəkilmək niyyətində deyil. Bu tələblərə Donbas, Krım və Luqanskın Rusiyanın ərazisi kimi tanınması, Ukraynada seçkilərin keçirilməsi və digər məsələlər daxildir. Qərb bu tələblərlə başa çıxa bilmədi və nəticədə Rusiyaya qarşı genişmiqyaslı təhlükəsizlik kampaniyası aparmağa başladı.

Ötən gün Almaniyada Rusiya ilə mümkün müharibəyə dair məlumat vərəqələrinin paylanması bu ehtimalları gücləndirir. İddialara görə, iki ölkə yeni bir müharibəyə hazırlaşır. Bütün bunlar əvvəlcədən hazırlanmış planların tərkib hissəsidir.

Hazırda Kremlin hər hansı Avropa dövləti ilə müharibə aparmaq üçün nə maddi, nə də hərbi gücü var. Qərbin Moskvaya qarşı ata biləcəyi ən ciddi addım sanksiyalar ola bilər. Bu sanksiyalar vasitəsilə Rusiyanın enerji sektorunu zəiflətmək mümkündür”.

Ramiyə Məmmədova 

Politoloq bildirib ki, Rusiyanın əsas gəlir mənbəyi Asiya ölkələrinə satılan neft və qazdır:

“Bu gəlirlər sayəsində ölkənin büdcə kəsiri kompensasiya edilir və sanksiyalara qarşı müqavimət göstərmək mümkün olur. Avropa isə Rusiya qazı və neftindən imtina etməyə çalışır. Lakin hazırda dünya bazarında satılan ən əlverişli neft növü məhz Rusiyaya məxsusdur. Bu neft üçüncü ölkələrin adı ilə satışa çıxarılır və nəticədə Qərb dövlətləri dolayı yolla Rusiya nefti almağa davam edirlər.

Hazırda Azərbaycan nefti Rusiya neftinə alternativ göstərilir. Lakin Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanın ixrac etdiyi neftin həcmi bütün Avropanın tələbatını qarşılayacaq səviyyədə deyil. Buna görə də Rusiya neftinə və qazına olan tələbat tamamilə aradan qalxmayacaq. Qərb ölkələri nə qədər birlik nümayiş etdirsələr də, bu ehtiyacı əvəzləyə bilməyəcəklər. Həmçinin, Moskvaya qarşı atılan bu addımlar Qərb iqtisadiyyatına da mənfi təsir göstərəcək”.

Safura Bənnayeva

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
33
globalinfo.az

1Sources