EN

Qalmaqallı menecer yenidən xəstəxanaya yerləşdirildi

ain.az bildirir, Axsham.az portalına istinadən.

Türkiyədə məşhur aktyor və aktrisaların meneceri, “İD Consultancy” şirkətinin sahibi Ayşe Barımın səhhəti yenidən pisləşib.

Axşam.az xəbər verir ki, ev dustaqlığına buraxılan qalmaqallı menecer mənzilində huşunu itirib. O, xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti ilə bağlı məlumat yoxdur.

Qeyd edək ki, Fuat Uğurun "TV100"də yazdığı məqalədən sonra kino və serial sektorunda təlatüm yaşanıb. Uğurun yazısında idarəetmə şirkətinin “inhisarlaşma” səyləri ilə yanaşı, Serenay Sarıkaya ilə Mert Dəmir arasındakı münasibətlə bağlı “5 milyon dollar qarşılığında reklam əlaqəsi” ifadəsi də yer alıb. Rəqabət Şurası bəzi idarə şirkətləri, xüsusilə də Ayşe Barımın sahibi olduğu və sektorda bir çox məşhurun adını təmsil edən "ID İletişim" şirkəti haqqında araşdırma başladıb. Şirkətin sahibi Ayşe Barım yanvarın 27-dən etibarən həbsdə idi.

O, 248 gün həbsdə qaldıqdan sonra dünən məhkəmə qərarı ilə ev dustaqlığına buraxılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
11
2
axsam.az

4Sources