EN

"Green Card"a müraciət tarixi sabah açıqlana bilər - Kimlər və necə müraciət edə bilər?

Amerika Birləşmiş Ştatlarında yaşamaq və işləmək istəyənlər üçün ən böyük fürsətlərdən biri olan "Green Card" lotereya proqramı üzrə 2025-ci il müraciətləri artıq başlamaq üzrədir.

Turkustan.az xəbər verir ki,ABŞ Dövlət Departamenti DV-2027 müraciət dövrünü 3 oktyabr – 6 noyabr 2025 tarixləri arasında elan edib. Müraciətlərhər zaman olduğu kimi yalnız rəsmi DV Lottery internet səhifəsi üzərindən və tamamilə pulsuz qəbul edilir.

Hələlik 2026-cı ilin tarixləri açıqlanmayıb. Ancaq əvvəlki illərdə olduğu kimi müraciətlərin yenə də oktyabrda başlayıb noyabrda bitəcəyi gözlənilir.

"Green Card" müraciəti necə edilir?

- Rəsmi DV Lottery saytına daxil olun.

- Ad, soyad, doğum tarixi, təhsil, ailə vəziyyəti və uyğun biometrik foto daxil olmaqla formanı doldurun.

- Fotoşəklin ABŞ Dövlət Departamentinin texniki tələblərinə uyğun olmasına diqqət edin.

- Müraciəti göndərdikdən sonra verilən təsdiq nömrəsini təhlükəsiz yerdə saxlayın – nəticələri yoxlamaq üçün bu kod tələb olunur.

Kimlər müraciət edə bilər?

- 18 yaşdan yuxarı şəxslər.

- Ən azı orta məktəb məzunu olanlar və ya son 5 ildə ixtisas tələb edən sahədə 2 il iş təcrübəsi olanlar.

- İngilis dili bilmək şərt deyil.

-Ailəli şəxslər həyat yoldaşları və övladları ilə birlikdə müraciət edə bilərlər.

Xatırladaq ki, hər il 55 min nəfərə "Green Card" verilərək ABŞ-də daimi yaşamaq və işləmək hüququ tanınır. /AzPolitika.info/

Chosen
15
1
turkustan.az

2Sources