EN

Ermənistan parlamenti Azərbaycanla sülhün bərqərar olması haqda bəyanat layihəsini qəbul edib - YENİLƏNİB

Ermənistan parlamenti növbədənkənar iclasında “Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması haqqında” bəyanat layihəsini qəbul edib.

APA xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Hakim "Vətəndaş Müqaviləsi" fraksiyası tərəfindən hazırlan bəyanatda bu il 8 avqustda Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderləri tərəfindən imzalanmış sənədlərdə əks olunan əsas tezislər yer alır.

Parlament bu bəyanatla Ermənistan və Azərbaycanın ictimaiyyətini, eləcə də siyasi, ekspert və mədəniyyət dairələrini münaqişəni yenidən qızışdıran diskurs və hərəkətlərdən çəkinməyə çağırır.

Bəyanat layihəsini parlamentin növbədənkənar iclasında hakim partiyanın fraksiya rəhbəri Ayk Kondjoryan təqdim edib. O bildirib ki, 8 avqustda Azərbaycan və Ermənistan sülh haqqında bəyannaməni paraflayıb.

“Vətəndaş Müqaviləsi fraksiyası hesab edir ki, parlament bu faktı rəsmi şəkildə təsdiq etməli, bəyanat qəbul etməklə Ermənistan və Azərbaycan arasında bərpa olunmuş sülhü dəstəkləməli və bütün maraqlı tərəfləri bu sülhün möhkəmləndirilməsi və inkişafı üçün çağırmalıdır”, - o bildirib.

Qeyd edək ki, müxalifətçi deputatlar səs vermədə iştirak etməyərək zalı tərk ediblər.


***

13:06

Ermənistan parlamentinin növbədənkənar iclasının gündəliyinə "Ermənistan və Azərbaycan arasında sülhün qurulması haqqında" bəyanat layihəsi daxil edilib.

APA xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, sənəd "Vətəndaş Müqaviləsi" fraksiyası tərəfindən hazırlanıb.
Chosen
15
12
sherg.az

10Sources