İranın Tehran Universitetində laboratoriyada baş verən partlayış nəticəsində üç tələbə xəsarət alıb.
Bakıvaxtı.az İran KİV-inə istinadən xəbər verir ki, bu barədə Tehran Universitetinin tələbələrlə iş üzrə vitse-prezidenti Mahmud Nili Əhmədabadi bildirib.
Onun sözlərinə görə, hadisə azot kapsulunun partlaması nəticəsində olub. M.Əhmədabadi bildirib ki, yaralılardan birinin vəziyyəti ağırdır.
Məlumata görə, partlayış Tehran Universitetinin materialşünaslıq və metallurgiya fakültəsinin laboratoriyasında baş verib. Hadisə nəticəsində laboratoriya tamamilə dağılıb.
Bildirilib ki, Tehran Universiteti də təhlükəsizliyi təmin olunmayan binalardan sayılır.