Yenidən "Kəpəz"in baş məşqçisi vəzifəsinə qayıdan Azər Bağırovun köməkçiləri müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.
Mütəxəssisə Rakif Əliyev (analitik məşqçi), Araz Bağırov, eləcə də 2023-cü ildən komandada çalışan Zaur Əsədov və ötən mövsüm kollektivə qoşulan Vüqar Məmmədov (qapıçı məşqçi) kömək edəcək.
"Kəpəz" dünən A.Bağırovla bu mövsümün sonuna qədər müqavilə imzalayıb.