EN

Azərbaycanda transplantasiya əməliyyatlarının sayı açıqlandı

BAKI, 2 oktyabr. TELEQRAF

Cari ilin ilk 9 ayında ümumilikdə 219 transplantasiya əməliyyatı icra olunub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiyası Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bunlardan 40 əməliyyat qaraciyər transplantasiyası (4 uşaq, 36 böyük), 65 əməliyyat böyrək transplantasiyası (2 uşaq, 63 böyük), 25 əməliyyat sümük iliyi transplantasiyası (24 uşaq, 1 böyük), 89 əməliyyat isə buynuz qişa transplantasiyası (1 uşaq, 88 böyük) olub.

Qeyd edilib ki, transplantasiya əməliyyatları əsasən böyüklər üçün icra olunub.

Chosen
28
teleqraf.com

1Sources