EN

İngiltərədə sinaqoqa hücum: 3 ölü

Bakı. Trend:

İngiltərənin Mançester şəhərində sinaqoqa hücum nəticəsində 3nəfər, o cümlədən hücumu həyata keçirmiş şəxs həlak olub.

Trend bu barədəBritaniya KİV- ə istinadən xəbər verir.

Mançester şəhər polis idarəsindən bildiriblər ki, insidentHiton-Park yəhudi icmasına aid sinaqoqda “Yom Kippur” günü (Yəhudtəqviminin ən müqəddəs günlərindən biri sayılır) qeyd olunan əsnadabaş verib. Hücum vaxtı sinaqoqa xeyli sayda insan toplaşıb.

İnsidentin dəqiq təfərrüatları açıqlanmasa da, zərərsizləşdirənhücumçunun insanlara soyuq silahla xəsarətlər yetirdiyi bildirilir.Azı 3 dinc sakin ağır yaralanıb.

Məqalədə:
Chosen
12
az.trend.az

1Sources