Leonid Slutski yenidən Rusiya Liberal Demokrat Partiyasının (LDPR) sədri seçilib.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, bu gün LDPR-in sayca 37-ci qurultayı keçirilib.
Qurultayda Slutski yenidən partiyanın sədri seçilib.
Qeyd edək ki, LDPR Vladimir Jirinovski tərəfindən yaradılıb. Jirinovskinin 2022-ci ildə vəfatından sonra partiyaya Leonid Slutski liderlik edib.