EN

“Neftçi”dəki yeni əcnəbi: “Ən böyük problemimiz bununla bağlıdır”

“Zirə” yaxşı komandadı və bildiyimə görə, son mövsümlərdə avrokuboklarda iştirak edib”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin legioneri Sessi D’Almeyda deyib.

Geridə qalan 6 turda yalnız 1 qələbə ilə azarkeşlərini sevindirən “ağ-qaralar” 4 heç-heçə edib və 1 oyunda məğlub olub.

Nəticələrin bu cür olması hər ötən gün paytaxt təmsilçisi əsas rəqiblərindən geri qalır. Odur ki, cümə günü Zirədə baş tutacaq oyunda 3 xal “Neftçi”yə hava-su kimi lazımdır.

Lakin “Zirə” də meydanı əliboş tərk etmək fikrində deyil. “İmişli” ilə heç-heçədən sonra Rəşad Sadıqov komandasından qələbə gözləyir.

Benin millisinin də şərəfini qoruyan təcrübəli yarımmüdafiəçi Sportinfo.az-a qələbə reseptini açıqlayıb:

“Çətin oyun olacaq. Biz ilk növbədə öz oyunumuzu düşünməli və göstərməliyik.

Mövsüm başlayandan bu yana rəqiblərdən üstün göründüyümüz halda lazımsız xallar itirmişik. Səbəbi hər kəsə məlumdur.

Ən böyük problemimiz bitiriciliklə bağlıdır.

Ümid edirəm ki, “Zirə”ylə görüşdə əlimizə düşən imkanları dəyərləndirməklə lazım olan qələbəni qazanacağıq. Fürsətləri qola çevirsək, 3 xal bizim olacaq”.

Oktyabrın 3-də Zirə İdman Kompleksinin meydanında keçiriləcək qarşılaşma saat 19:30-da start götürəcək.

HƏBİB

Chosen
10
sportinfo.az

1Sources